Gənclərin internet asılılığı ilə mübarizə aparmaq üçün TikTok-un Çin versiyası "Douyin" üçün vaxt məhdudiyyəti qoyulub.
Unikal.org xəbər verir ki, Çin hökumətinin yeni qərarına görə, 14 yaşından kiçik uşaqlar TikTok-da yalnız 40 dəqiqə vaxt keçirə biləcəklər.
Sosial şəbəkə rəhbəri olan "ByteDance", yeni siyasətin tətbiq oluna bilməsi üçün valideynlərin uşaqlarının hesablarına nəzarət etmələrini tələb edib.