Qazaxıstanın Almatı şəhərində silahlı atışma baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb. Hadisə nəticəsində 2-si polis olmaqla, 5 nəfər həyatını itirib.
Cani şəxs yerindəcə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.