Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 231 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 346 435 nəfər test edilib, onların 27 688-nin koronavirus testi pozitiv nəticə verib, 27 949 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 105 611 261 peyvənd tətbiq edilib ki, bunun da 85,10 faizi birinci mərhələ vaksinasiya olunanlardır.