Avropa İnsan Haqları Məhkəməsi (AİHM) məşhur KQB agenti Aleksandr Litvinenkonun ölümünə səbəb Rusiyanı göstərib.
Unikal.org xəbər verir ki, 2006-cı ildə həyatını itirən agentin illərdir ölüm səbəbi aparılır. Belə ki, müxalifət lideri kimi tanınan 43 yaşlı Litvinenko 2000-ci illərin əvvəllərində Rusiyadan İngiltərəyə qaçıb. 6 il İngiltərədə yaşayan agentin içdiyi yaşıl çayına çox nadir və güclü radioaktiv maddə olan Polonium 210 qatılıb.
Zəhərlənərək öldürülən agentin cinayətində şübhəli olaraq Rusiya göstərilib. Dəfələrlə Rusiya cinayət hadisəsi təkzib edib. Lakin İngiltərədə aparılan araşdırmalar, bunu bir daha sübut edib. İngiltərə məhkəməsi Putinin Rusiya gizli xidmətinin Litvinenkonu öldürmək əməliyyatını təsdiqlədiyi barədə məlumat yayıb.