BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ukrayna və Türkiyə Prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı Vladimir Zelenski öz rəsmi tvitter hesabında yazıb.
“Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı sərbəst ticarət sahəsindən tutmuş hərbi-texniki sahədə əməkdaşlığa qədər Ukrayna-Türkiyə əməkdaşlığının bütün spektrini müzakirə etdik. Əlaqələrimiz daha konkret hal alır və praktiki layihələrlə zənginləşir”, - deyə Zelenski qeyd edib.