Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində Azərbaycanın rüsum tələb etməsinə görə yüklərini daşıya bilmədiklərini deyən iranlı sürücülər İrəvanda etiraz ediblər.
Unikal.org "BBC"yə istinadən xəbər verir ki, sürücülərdən birinin "bizim Ermənistana apardığımız yük təhlükəli maddədir" deməsi diqqət çəkib.
Onlar bildirib ki, Azərbaycanın qoyduğu gömrük rüsumları iranlı sürücüləri digər yollardan istifadə etməyə məcbur edib. Lakin bu da effektiv deyil. Çünki sözügedən yollar minik maşınları üçün nəzərdə tutulub, yük maşınlarının hərəkət etməsi isə qeyri-mümkündür.
Qeyd edək ki, Azərbaycan sentyabrın 12-də Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qurub.
Ağarza Elçinoğlu