Ukrayna prezidenti  Vladimir  Zelenski bu  gün müşaviri Sergey Şefirə qarşı təşkil olunan  sui-qəsddən danışıb.  

Unikal.org xəbər verir ki,  Zelenski bu  barədə "Instagram" hesabında paylaşım edib. 

Belə ki, o,  “BMT Baş Assambleyasında çıxşımdan sonra paytaxta yola düşəcəyəm. Açığı bu sui-qəsdin arxasında kimin durduğunu bilmirəm. Hansı qüvvələr ola bilər? Daxili və ya xarici? Mən onları qüvvə saymıram. Çünki meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”, - deyərək,  baş verən sui-qəsd  hadisəsini nəzarətə götürəcəyini bildirib. 

Qeyd  edək ki,  bu  gün Zelenskinin köməkçisinin avtomobili avtomat silahlardan atəşə tutulub. Hadisə nəticəsində avtomobil sürücüsü 3 güllə yarası alıb. Müşaviri Sergey Şefir isə  hadisədən sağ çıxıb. 

Gülayə  Mecid