Pakistanın Pəncab əyalətinin Lahor şəhərində güclü yağış və fırtına selə səbəb olub.
Unikal.org xəbər verir ki, güclü yağışdan sonra küçə və yolları sel suları basıb.
Bildirilib ki, daşqın səbəbilə nəqliyyatın hərəkəti dayanıb, bir çox ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.
Xilasetmə qrupları bir çox evin su altında qaldığı şəhərlərdə köməksiz insanların təxliyəsi üçün səylərini davam etdirir.
Ağarza Elçinoğlu