Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
"Qəza yerində ölənlərin qalıqları aşkar edilib. Sağ qalan yoxdur", - məlumatda vurğulanıb.
Təyyarənin göyərtəsində 6 heyət üzvü olub.
Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”ı radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb, heyət üzvlərinin meyitləri tapılıb.
***09:29
Rusiyanın Xabarovsk şəhərində dünən radarlardan itən "An-26" təyyarəsinin qalıqları tapılıb.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarənin qalıqlarının bir hissəsi "Spartak" dağ-xizək bazasının ərazisində aşkarlanıb.
Qeyd edək ki, dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı. Səhər Xabarovsk şəhərinə – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.
Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə hələ ki, heç bir məlumat almaq mümkün olmayıb.
İlkin ehtimala görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.
Ağarza Elçinoğlu