Dehlidə məhkəmə zalında vəkillər kimi geyinmiş cinayətkarlar mafia başçısını öldürüblər.
Unikal.org xəbər verir ki, Jitender Gogi keçən ilin mart ayında tutulan böyük kriminal avtoritet hesab edilən tanınmış bir mafia başçısıdır. O, məhkəməyə gətirilən kimi, saxta vəkillər otağa daxil olaraq atəş açmağa başlayıblar.
Zalda olan polis əmakdaşları cavab atəşi açaraq killerin birini öldürüb. Hadisə zamanı 6 nəfər də yaralanıb.