"Bu məğlubiyyəti heç vaxt qəbul etməməliyik. Bu çətin vəziyyətdən çıxmalıyıq.
Unikal.org xəbər verir ki, bu sözləri erməni vitse-spiker, politoloq və dövlət xadimi İşxan Saqatelyan bildirib.
"Bəli, biz ayağa qalxıb ölkəmizə, vətənimizə qayğı göstərəcəyik. Bu vəziyyətdən çıxacağıq. Lakin ölkədəki böhran həll olunmamış qalır, çünki ölkəyə fəlakət gətirən böhranın yaradıcıları hakimiyyətdə qalmağa davam edirlər.
Bu gün ölkəmiz təhlükə altındadır, Ermənistanı təhdid edən təhlükələr gündən-günə dərinləşir və hazırkı hökumət bu təhlükələri zərərsizləşdirə bilmir", - deyə Saqatelyan bildirib.