Şimali Koreya "Hwasong-8" adlı yeni hipersəsli raketini sınaqdan keçirib.
Unikal.org xəbər verir ki, yeni raket qarşıdakı 5 il üçün ölkənin hərbi inkişaf planının ən əhəmiyyətli 5 silahından biri olaraq göstərilib. Şimali Koreya nüvə xüsusiyyətlərinə malik olduğu üçün silahı "strateji silah" olaraq təyin edib.
Qeyd edək ki, ölkə daha əvvəl yeni tip idarə olunan raket və qatarla buraxılan ballistik raket sistemini sınaqdan keçirmişdi.
Gülayə Mecid