"Bundan sonra ölkəmizdəki bütün normal insanlar üçün 27 sentyabr lənətlənəcək. Noyabrın 9-dan 10-na keçən gecə də eyni qalacaq".
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın "Hraparak" nəşri yazıb.
"Müharibədəki məğlubiyyət hər birimizə ayrı-ayrı dərd verir, buna hökumətin səriştəsizliyi də əlavə edildikdə itki daha da pisləşir. Və buna əhəmiyyət verməyən dövlət məmurları da qoşulduqda adam az qalır dəli ola.
Hər halda, indi o vəziyyətdəyik. Belə qalmağa davam edəcəyik, çünki ölkədə vəziyyətin dəyişməsi hökumətin davranışı ilə şərtlənir. Anladığım qədər, hakimiyyətdə olan şəxsin fəaliyyətində heç bir dəyişiklik etmək niyyəti yoxdur. Ona elə gəlir ki, hadisələr lazım olduğu kimi inkişaf edir. Və bölgədə sülh dövrünü açmağa çalışır, bunun üçün səylərini davam etdirir", -nəşr qeyd edib.
Ağarza Elçinoğlu