Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin şərqindəki Nanqarhar əyalətində və paytaxtda “İŞİD” terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyata başladığını elan edib.
Unikal.org xəbər verir ki, bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.
Bu ay ərzində Nanqarharda eyni anda bir neçə partlayış və silahlı hücum baş verib. Hadisələrin qurbanları həm taliblər, həm də yerli sakinlər olub. “İŞİD”in bir qolu olan “Xorasandakı İslam Dövləti” partlayış və silahlı hücumların bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.