ABŞ Hava Yollarının 593 işçisi, şirkətin COVID-19 peyvənd prosesinə əməl etmədikləri üçün işdən çıxarılıb.
Unikal.org xəbər verir ki, Çikaqoda yerləşən şirkət işçilərindən çərşənbə axşamına qədər peyvənd olunmaları haqqında sənədi göstərmələrini tələb edib.
Bildirilib ki, buna əməl etməyənlər 2 oktyabr tarixindən müvəqqəti məzuniyyətə buraxılacaq, peyvənd tələbini rədd edilənlərin işdən çıxarılacaq.
Qeyd edək ki, sözügedən şirkətdə vaksinsiz işləyənlər 14 min dollara qədər cərimə olunacaq.