Ermənistan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahının birləşdirilməsi istiqamətində müzakirələr başlayıb.
Unikal.org news.am-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlki idaretmə qaydasına qayıtmağı və iki qurumun vahid strukturda birləşdirilməsini vacib sayırlar.
Bildirilir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu dəyişiklik fonunda artıq bir sıra qurumların, xüsusi ilə Müdafiə Nazirliyinin Nəzarət idarəsinin ləğv olunması barədə qərar qəbul edib.