ABŞ-ın keçmiş prezidenti Barak Obama, Baydenin sağlamlıq, uşaq baxımı və iqlim böhranı ilə mübarizəsini maliyyələşdirmək üçün amerikalılara müraciət edib.b
Unikal.org xəbər verir ki, bununla bağlı Obama mətbuata açıqlama verib. Belə ki, Barak Obama, zənginlərin məsuliyyəti üzərinə götürməli və bir az daha vergi ödəməli olduğunu söyləyib:
"Mən də daxil olmaqla bütün varlıları vergiyə cəlb edin. Düşünürəm ki, bunu ödəyə biləcəklər".
Obamanın bu açıqlaması dünya mediasında gündəmə çevrilib.
Gülayə Mecid