Sosial media  platformalarında ördəyinin videolarını  paylaşan gənc qız ayda qazandığı pulun dəyərini  açıqlayıb. 

Unikal.org  xəbər verir ki, "TikTok" və "Instagram" tətbiqlərində "Dunkin Ducks" adlı bir hesabı olan "Munchkin" adlı fenomen ördəyin sahibi  Krissy Ellis mətbuata açıqlamasında,  hər  ayda 4500  dollar pul qazandığını  bildirib. 

ABŞ-ın Pensilvaniya ştatının Milford şəhərində yaşayan Ellis, "Munchkin"  adlı ördəyinin kameranı görən kimi dərhal poz verməyə başladığını qeyd  edib.  20  yaşlı gəncdə  həmin anları  sosial mediada paylaşaraq,  izləyici  yığmağa  başlayıb. 

"Dunkin Ducks" adı ilə açdığı "TikTok" hesabının 2,7 milyon, "İnstagram" hesabının isə 245 min izləyicisi olduğunu ifadə edən Ellis, işindən razı  olduğunu  bildirib.