Dünya Bankının keçmiş əməkdaşı və mühəndislik professoru olan Najla Bouden Romdhane Tunisin baş naziri təyin edilib.
Unikal.org xəbər verir ki, bu barədə Tunis prezidenti Kais Saied sərəncam imzalayıb. Bildirək ki, Najla Tunisdə ilk dəfə qadın baş nazir olaraq, tarixə düşüb.
Onu da qeyd edək ki, Tunis koronavirus pandemiyasına görə iqtisadi böhran yaşanır. Aylar əvvəl Saied baş nazir Hichem Mechichiyi istefaya göndərib. Və parlamenti 30 gün müddətində dondurub.
Kais Saiedin qadını baş nazir təyin etməsindən sonra bir çox siyasi partiya prezidentin bu addımını çevriliş kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çağıraraq etiraz aksiyası keçirib.
Gülayə Mecid