İspaniyanın Bilbao şəhərindəki Nervion çayında ortaya çıxan görüntü qısa müddətdə çaxnaşmaya səbəb olub. 

Unikal.org  xəbər  verir ki,  inssanlar  çayda batmış qız heykəlini görəndə  nə edəcəklərini bilməyiblər. Məsələnin həqiqəti sonradan ortaya çıxıb.

Yarım suya batmış kimi görünən qız, meksikalı hiper-realist rəssam Ruben Orozkonun fiberglas heykəlidir. Ruben Orozko heykəlin məqsədinin "davranışlarımızın bizi batıra biləcəyini və ya ayaqda saxlaya biləcəyini göstərmək" olduğunu izah edib. 

Tamamilə fiberglasdan hazırlanan heykəlin çəkisi 120 kiloqramdır və çayda suyun səviyyəsi qalxdıqca batır. Heykəlin "davamlılıq" layihəsi çərçivəsində çaya qoyulduğu bildirilsə də, bölgə sakinləri bu "sənət" yanaşmasından narahatdırlar.

Gülayə Mecid