Ermənistanın paytaxtı Yerevanda yaşayan Vladimir Vardanyan ikinci Qarabağ müharibəsinin içtirakçısı olub. O, döyüşlərdə bir qolunu itirib.
Unikal.org xəbər verir ki, Vardanyan "BBC"yə müsahibəsində Qarabağ müharibəsi zamanı olanları etiraf edib.
"Onların qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndinə girmələri dəqiqə məsələsi idi. Biz qalib gələ bilməzdik. Bu, birmənalıdır.
Əgər üçtərəfli bəyanat olmasaydı, Azərbaycan müharibəyə davam etsəydi, indi müharibədən geri qayıdan olmayacaqdı", - deyə Vardanyan etiraf edib.
Ağarza Elçinoğlu