Rusiyanın "Varyaq" raket kreyseri və "Omsk" nüvə enerjili sualtı raket kreyseri Sakit okeandakı hədəf gəmisinə raket atıb.
Unikal.org Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, adıçəkilən kreyserlər "Vulkan" və "Qranit" qanadlı raketlər atıb.
Hər iki raket buraxılış yerindən 450 kilometr uzaqda yerləşən hədəfi uğurla vurub. Raket atışı zamanı təhlükəsizliyi Sakit Okean Donanmasının 12 gəmisi və dəstək gəmiləri təmin edib.