İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei məişət mallarının idxalının qadağan edilməsini tələb edib. 

Unikal.org xəbər verir ki, o, bununla bağlı prezident İbrahim Rəisiyə məktub yazıb.

Məktubda "Ev əşyalarının idxalı yerli istehsalçının belini qırdı və bunun qarşısını almaq lazımdır", - deyə  ifadə olunub. 

Bildirək ki,  İran elektron məişət məhsullarına olan tələbatını əsasən Cənubi Koreyanın Samsung və LG şirkətləri ilə qarşılayır, Xamneyinin gətirdiyi yeni qadağa ilə artıq bu şirkətlərdən elektron məişət mallarının idxalı mümkün olmayacaq.

Gülayə  Mecid