Türkiyənin Kağıthane bölgəsinin Sultanselim məhəlləsində bir ata oğlunu silahla belindən vurub.
Unikal.org xəbər verir ki, zərərçəkən şəxs atasından narkotik almaq üçün pul istəyib, oğlunu dayandıra bilməyən ata isə ona atəş açıb.
Polis əməkdaşları tərəfindən nəzarətə alınan Kamal adlı şəxsin həyat yoldaşı da 1 ay öncə evlərində naməlum şəkildə ölü tapılıb. O, həyat yoldaşının ölümündə də şübhəli bilinib.
Hazırda xüsusi təhlükəsizlik məmuru olduğu deyilən Səlim adlı zərərçəkənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu