Rusiyada son sutka ərzində daha 23 888 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 511 026 nəfərə çatıb.

Son sutka ərzində 867 nəfər koronavirusdan ölüb və pandemiya başlayandan koronavirusdan ölüm halında maksimum qeydə alınıb.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 207 255 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.