Əgər onlar həqiqətən bütün müsbət ideyaları həyata keçirəcəklərsə, mən onları dəstəkləyəcəm.
Unikal.org xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
Onun sözlərinə görə, bütün müsəlmanlar digər xalqlarla, dinlərlə sülh və razılıq içində yaşamalıdırlar:
“Taliblər istənilən terror qruplaşmasına qarşı çıxırlar və onlarla mübarizəyə çağırırlar. Əgər onlar qanun və beynəlxalq hüquqa əməl etsə, mən şad olacağam”.