ABŞ-ın Havai adasındakı Kilauea vulkanının Halemaumau krateri oyanaraq püskürməyə başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.
Bildirilib ki, vulkan qazların partlaması nəticəsində havaya kül püskürüb, ətrafa lavalar yayılıb.
Qeyd edək ki, o, Havay Vulkanlar Milli Parkında yerləşir, insanlar və mülki obyektlər üçün heç bir təhlükə yoxdur.
Zonanın ən aktiv vulkanlarından biri olan Kilauea, 38 ildir ki, davamlı şəkildə püskürür.
Ağarza Elçinoğlu