Belarushərbçiləri Rusiya Federasiyası ərazisində “Şərq-2022” strateji komanda-qərargah təlimində iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus Respublikası Silahlı Qüvvələrindən Qərb Əməliyyat Komandanlığının mexanikləşdirilmiş briqadalarından birinin 250-dən çox hərbçisi cəlb olunacaq. Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin 13 poliqonunda praktiki məşğələlər keçiriləcək",- deyə məlumatda qeyd olunub.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov təlimin rəhbəri təyin edilib.
Gülayə Mecid