Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıya çatmamış yıxıldığı görünür.
Gürcüstan hakimiyyəti Saakaşvilini 2021-ci ildə həbs edib, bundan sonra siyasətçi Rustavi şəhərinin həbsxanasında saxlanılıb.
2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib.