Rumıniyada 5.2 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilib ki, zəlzələ cənubi Karpatiyada, Targu Jiuda qeydə alınıb.
Zəlzələ Serbiya, Bolqarıstanın şimalı, Şimali Makedoniya, Kosovo və Xorvatiyada hiss olunub.
Mərkəz afterşokların ola biləcəyi barədə xəbərdarlıq edib.