Kahramanmaraş zəlzələlərinin ən çox zərər çəkdiyi yerlərdən biri olan Qaziantepin İslahiye rayonunda zəlzələdə evi və maşını zədələnən şəxs diqqət çəkib.
"Unikal" xəbər verir ki, kişi zəlzələ nəticəsində yararsız hala düşən avtomobili ilə övladını xəstəxanaya çatdırıb.
Belə ki, yaralı uşağını avtomobildən çıxararaq qucağında xəstəxanaya aparan şəxsin görüntüləri müşahidə kameralarına əks olunub.
Xəstəxanada işıq olmadığı üçün qeydiyyata alına bilməyən və şəxsiyyəti müəyyən edilə bilməyən şəxslə əlaqə saxlamaq olmayıb. O, hadisədən sonra avtomobilini İslahiye Dövlət Xəstəxanasında tərk edib.
Gülayə Mecid