Niderland gömrükçüləri ölkə tarixində ən böyük sayılan 3,2 ton ağırlığında və dəyəri 22 milyon avrodan (40 609 800 azn) çox olan metamfetamin partiyasını müsadirə ediblər.

"Unikal" xəbər verir kki, bu barədə Niderland Federal Prokurorluğu məlumat yayıb.

Gömrükçülər Rotterdam limanında Meksikadan gələn və ölkənin cənubundakı Den Hut kəndində bir şirkət üçün nəzərdə tutulmuş yükdə narkotik maddə yükü aşkar ediblər.