Filippinli Karlos Yulo Parisdə iki qızıl medal qazanaraq ölkəsinin tarixində ilk kişi Olimpiya çempionu və eyni Oyunlarda iki mükafat qazanan Filippindən olan ilk idmançı olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Filippin prezidenti Bongbong Markos "Facebook" hesabında Yulonu onu təbrik edərək tarixə düşdüyünü bildirib. 

Yulo Olimpiya qızılını qazanan ikinci Filippin idmançısıdır. İlk dəfə ağır atlet Hidilin Diaz bu mükafatı 2020-ci ildə alıb. Aşağı Palata spikeri Ferdinand Martin Romualdez Karlos Yulonu "idman qəhrəmanı" və "milli sərvət" adlandırıb.

Nəticədə Yulo dövlətdən 3 milyon Filippin pesosu (təxminən 52 min dollar) və Konqresin medalı alacaq. O, həmçinin idmançıları mükafatlandıran qanuna uyğun olaraq 10 milyon Filippin pesosu almaq hüququna malikdir.

Bildirilir ki, özəl şirkətlərin nümayəndələri idmançıya hədiyyələr təşkil ediblər: tam təchiz olunmuş iki otaqlı mənzil, restoranlardan ömürlük yemək ehtiyatı, telefonlar, avtomobil, fotoqraf xidmətləri və pulsuz endoskopik prosedurlar və s. 

Bundan əlavə, Yuloya kofe və limon içkiləri istehsal edən biznes üçün françayzinq və gözəllik klinikası ilə 10 milyon avroluq reklam müqaviləsi təklif edilib. 

Gülayə Mecid