"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.