İsrailin Qəzza zolağına 325 gündür davam edən hücumlarında itkilərlə bağlı ətraflı məlumat verilib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən 40 min 435 fələstinlinin cəsədi tapılıb, hələ də itkin düşən 10 min adamla birlikdə ümumi can itkisi 50 min 435 olub. Bunlardan 16 min 589-u körpə olub. 

Qeyd edək ki, İsrailin hücumlarında zərər çəkənlərin 69 faizi qadın və uşaqlardır.

Fidan Nuriyeva