"Zirə" bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Bakı təmsilçisi evdə Kiprin "Omoniya" komandası ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə bitib. Lakin ilk oyunda "Zirə" 0:6 hesabı ilə uduzduğundan Konfrans Liqasında mübarizəni dayandırmalı olub.

"Zirə" tarixində ilk dəfə pley-off mərhələsində çıxış edirdi.