Rusiya Müdafiə Nazirliyinin hərbi nümayəndəliyinin rəhbəri İvan Populovski və onun tabeliyində olan Qriqori Zorin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, 2021-ci ildən 2024-cü ilə qədər şübhəlilər ümumilikdə 11 milyon rubldan çox rüşvət alıblar.

Zabitlərə qarşı müvafiq maddə ilə cinayət işi açılıb. Hər iki təqsirləndirilən şəxs günahını etiraf edib.

Gülayə Mecid