Gəncədə sərnişin avtobusu qəzaya düşüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, 5 saylı marşurt xətti üzrə işləyən '"Hyundai" markalı sərnişin avtobusu ilə "Nissan" markalı minik maşını toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov