Adam öldürməyə cəhddə şübhəli bilinən Şakro Molodoyun qardaşı oğlu həbs edilib.

"Unikal" xəbər verir ki, müvafiq qərarı Moskvada məhkəməsi elan edib.

Həmin şəxsin adam öldürməyə cəhddə ittiham olunduğu bildirilir. “Qanuni oğru”nun qohumu 1,5 ay həbsdə olacaq.

***15:46

Kriminal avtoritet Şakro Molodoyun (Zaxariya Kalaşov) qardaşı oğlu Moskva yaxınlığındakı Balaşixada saxlanılıb.

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, 22 yaşlı Vitalik adam öldürməyə cəhdlə bağlı cinayət işində federal axtarışda olub. 

"Federal axtarışda olan 2002-ci il təvəllüdlü Vitalik Kalaşov saxlanılıb", - KİV yazıb. 

Bildirilir ki, Şakro Molodoyun qardaşı oğlu 2024-cü il dekabrın 30-da Moskvada bir nəfəri qətlə  yetirib. 

Xatırladaq ki, 2024-cü ilin yazında 71 yaşlı Şakro Molodoy səhhətində yaranan problemlərə görə həbsdən buraxılmışdı. 2018-ci ildə məhkəmə onu hədə-qorxu ilə tələb etmə maddəsi ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.