İraq Parlamentində Kürd muxtariyyətinin müstəqilliyi referendumunda iştirak etmiş kürd məmurların istefaya göndərilməsi məsələsi müzakirə olunub.
Unikal.org-un məlumatına görə, bu qərar qəbul olunacağı təqdirdə referendumda iştirak etmiş, dövlət və hökumət orqanlarında, eləcə də təhlükəsizlik qurumlarında çalışan kürd məmurlar işlərindən azad ediləcək.
Bundan başqa, Parlamentdə bu məsələ ilə bağlı digər sanksiyaların da müzakirə olunduğu bildirilib.
Hələlik təfərrüatlar barədə məlumat verilmir.