İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub, komendant saatı tətbiq edilib.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib.
Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcəkhansısa təxribatın qarşısının alınması məqsədiləəhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub,şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Onun sözlərinə görə, komendant saatı sabaha qədər qüvvədə olacaq.
Qeyd edək ki, bu günİraqın şimalındakı kürd muxtar bölgəsində "müstəqilliklə bağlı referendum" keçirilir. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur.