Sabah diametri 680 metr olan Apollon sinfinə aid asteroidin böyük sürətlə Yerə yaxın məsafədən keçəcəyi gözlənilir.

Unikal.org-un məlumatına görə, asteroidin sürətinin saatda 50,2 min kilometr olması ehtimal edilir.

Qeyd edək ki, bundan öncə sentyabrın 14-də Apollon sinfinin başqa bir asteroidi Yerə təhlükəli yarada biləcək qədər yaxın məsafədən keçmişdir.

Məlumata görə, bu kosmik obyektin diametri 1600 metr, sürəti isə saatda 77 min kilometr olmuşdu.