Türkiyə, İran və rəsmi Bağdadın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, İraq Kürdüstanında müstəqillik referendumu keçirilib.

Unikal.org xəbər verir ki, bu gün səhər saat 08:00-da başlayan səsvermə 19:00-da başa çatıb.

Hazırda səslərin sayıldığı bildirilir. Seçkidən əvvəl referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilirdi.

Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. İraq hökuməti referendum qərarından imtina etməyən kürd lider Məsud Bərzanidən bütün sərhəd-keçid məntəqələrini və hava limanlarını təslim etməsini tələb edib. Eyni zamanda İran İraq Kürdüstanı ilə hava məkanını bağlayıb.