Türkiyənin Ağrı şəhərində PKK terrorçuları qeyri-leqal miqrantları daşıyan mikroavtobusu atəşə tutublar.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun atəşə tutulması nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyətinin çox ağır olduğu bildirilir.