Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryov hərbi xidmətdən və vəzifədən kənarlaşdırılıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Həmin sərəncamla həmçinin Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov da tutduğu vəzifədən azad edilib.