İraq Kürd regional rəhbərliyinin lideri Məsud Bərzani ötən gün keçirilən referendumla əlaqədar İraq hökumətinə və qonşu ölkələrə müraciət ünvanlayıb.

Unikal.org  xəbər verir ki, Bərzani referendumda kürd xalqının qələbə qazandığını deyərək, İraq hökuməti ilə dialoqa hazır olduqlarını bəyan edib.

"Yeni bir dönəm başladı. Bu, Kürdüstan xalqının qələbəsidir. Biz hamılıqla müstəqilliyə "hə, soyqırıma "yox dedik. Bu səslər beynəlxalq qaydalara zidd deyil. Öz taleyimizi özümüz müəyyən etmək haqqına sahibik. İraq rəhbərliyindən və qonşu ölkələrdən tələb edirəm ki, yaşananları ciddi qəbul etsinlər. Dialoqa başlayaq. Bu, iki tərəf üçün ən doğru seçimdir. Xalqlar arasında gərginliyə yol verməməliyik.