Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir.
Unikal.org axar.az-a istinadən bildirir ki, bu fikri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə keçirilən 50 ölkənin ombudsmanları və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlar Konfransının iştirakçıları dilə gətirib.
Konfransın iştirakçıları "güclünün zəifi əzdiyi dünya nizamına qarşı apardığı mübarizə, bəşəriyyətə verdiyi tövhələr və məzlumların haqq səsi olmağı bacardığı üçün" Türkiyə prezidentinin Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.