Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatı hədə kimi səslənir.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib.
"Hədə kimi səslənir. Lakin biz buna şərh verməyəcəyik, - deyə X.Nauert jurnalistin Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun son bəyanatına şərh verilməsinə dair sualına cavabında bildirib.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl bəyan edib ki, Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.