Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov istefa verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, sentyabrın 27-də könüllü istefa ərizəsi yazıb.
Bundan sonra R.Abdulatipov Rusiya Prezident Administrasiyasına çağrılıb. Ona bir neçə vəzifə təklif edilib və hazırkı postuna mümkün iddiaçının namizədliyi müzakirə edilib.
Dağıstan başçısı yerli mətbuata məlumatı təsdiqləyib və bu addımı atmasına səbəb kimi bu il 71 yaşının tamam olacağını göstərib.