Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabət qabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib.
Müəllif Hüquqları Agentliyindən Unikal.org-a verilən məlumata görə, hesabata əsasən Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib: "Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici - "Təsisatlar və on ikinci göstərici - "İnnovasiyalar vacib əhəmiyyət daşıyır. "Təsisatlar bölməsində "Əqli mülkiyyətin qorunması göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bununla da Azərbaycan ötən dövrlə - 2016-2017-ci illərlə müqayisədə "Əqli mülkiyyətin qorunması göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib.
Agentlikdən əlavə ediblər ki, "Əqli mülkiyyətin qorunması göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur. Cənubi Qafqaz ölkələri arasında lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.
"Əqli mülkiyyətin qorunması ilə bağlı olan "İnnovasiyalar mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı və 118-ci yeri tutan Gürcüstanı qabaqlayır və MDB ölkələri arasında lider dövlətdir.